18 oktyabr
Salam. Uzun aradan sonra yenə sizlərləyəm :)
Bu günə çox yaxşı kuponlarım var – ki sizinlə paylaşacağam. Ouyn cədvəli xeyli böyükdür – təbii olaraq oyunların seçilməsi işi də bir az çətinləşir, belədə.
Stavka edərkən diqqət edilməli nüanslar
Çox vaxt bukmeker kontorlarına getdiyinizdə qarşınıza qoyulan oyunlara baxanda ilk öncə sevimli,tanınan komandaları axtarmağa başlayırsınız. Təbii ki Barselona, Real Madrid, İnter Mançester Yunated kimi nəhənglərin əksər ev oyunlarında əmsallar qarşınıza 1.30-dan yuxarı çıxmır. Və son vaxtlar oyunlarda müşahidə olunan hallardan bir-iksinin aqibətini deyim.Matç: Milan-Bolonya. Nəticə Milan məğlubdur. Və 1.25 kimi Milanlılara verilən əmsal batır.Liverpulun qələbəsinə veriləm əmsal 1.22. Nəticə bərabərlik. Matç B.Münhen-Bohum.. Nəticə bərabərlik. Bavariyanın əmsalı 1.25. Təbii ki bu nəticələrdə nəhənglərin arabir oyun prinsiplərindən qopmasını görmək olar. Xüsusən də Bavariyanın son matçında. Və bu son iki matç həftəsonu pul qoyuluşlarında kuponlarda ən çox yer alan oyunlar idi. Belə anlarda tək məsləhət çox da belə aşağı əmsalların yer aldığı oyunlara pul qoyub pulu riskə atmamaqdır. Ən çox gələn əmsallardan 1.65-1.85 arası olan əmsalları görmək mümkündür. Bu əmsalları tutduran komandalar səfərdə oynayan güclü komandalar yox, evdə oynayan favorit olmayan amma çempionatların dişli komandaları olurlar. Məsələn İspaniyadan Deportivo,Almeriya İtaliyadan Fiorentina, Atalanta, Palermo, Sampdoriya, Almaniyadan Volfsburq, Ştuttqart İngiltərədən Everton, Aston Villa Fransadan Lill, Valnsyen,Tuluza, LeMan Hollandiyadan NAK Breda, Herenven, Qroningen Türkiyədən Bursaspor,Kayserispor,Sivasspor, misal ola bilər.
P.S. Bu həftəsonu İngiltərədən Stok-Tottenhem oyunu var. Səfər qələbəsi və 2.00 əmsal axtaranlara şans. Premyer Liqa başlayandan Londonlular qələbə görməyib. Mən də hər dəfə Tottenhemi kuponlarıma əlavə edib yanıram. Amma bu dəfə yanılmayacam. Mütləq udacaq Tottenhem.
P.S.S. Yekunlaşan çempionatlarda liderlər xüsusən də Rusiyada Rubin son həftələrə qədəm basarkən ev oyunlarında xal itkilərinə yol verməzlər. Səfər oyunlarında da uduzmazlar. Liqaları tərk etmək təhlükəsi olan amma hələ də dirəşən komandalara diqqət!
12 oktyabr bazar
Kuponum:
Oldhem-Hereford 2-1.50
Ekvador-Çili 10-1.80
Triestina-Çittadella 2-1.65
Assiriska-Falkenberq 2-1.50
Moss-Start yux(2.5)-1.40
Sannes-Sannefyord 0-1.75
cəmi=16.37
11 oktyabr
Sabah DÇ 2010 çərçivəsində bütün qitələrdə seçmə qrupların növbəti oyunları keçiriləcək. ona görə birbaşa keçid alım proqnozlarıma . 1.05, 1.10 ki mi yer alan əmsallara yer verməyəcəm. Çünki San Marinonun,Lixtenşteynin Andorranın qapazaltı olacağı yəqindi. 1-ci qrupdan seçdiyim oyun Macarıstan-Albaniyadır. evdə çox dişli komanda təsiri bağışlayan macarlar demək olar ki özləri ilə eyni qüvvədə olan Albaniyaya çətin də olsa qalib gələcək. 2-ci qrupda isə Frayın qayıtmsına se vinən Hitsfeldin çalışdırdığı İsveçrə ilk iki turun uğursuzluğunun heyfini evdə Latviyadan çıxar. Yunanıstan isə evdə Moldova qarşısında və ümumiyyətlə qrupda favoritdir.3-cü qrupda çox təhlükəli oyunlar yer almaqdadır. Və ona görə də Sloveniya- Ş.İrlandiya oyununa 2.5 qol altı deyib çəkilirəm. Bizim qrupda isə Almaniya sıralarına qayıdan Mertezaker, Ballak və Frinqslə Pavlyuçenkosuz, Torbinskisiz Rusiyanı evdə çətinliklə də ola yenəcək.5-ci qrup oyunlarına bir şərh bildirməyəcəm, Çünki mənə görə Kolin Kazımdan Kafu yaratmaq istədiyini dilə gətirən Terimin xaotik komandasının evdə Bosniyaya boyun əyməsi mümkün haldır. İspaniya isə məncə bu qrupda xal itkisinə yol verməz. Hələ Estoniya ilə oyunda. Fərqi yoxdu səfərdə və ya evdə. Belçikanın Ermənistanı udması da real görünən hallardandı.6-cı qrup oyunlarında İngiltərə-Qazaxıstan oyununda nəticə əvvəldən bilinsə də Ukrayna-Xorvatiya oyununa bir şey deyə bilmərəm. Deyəcəksiz ki nə oldu daha bəs yüksək əmsallı oyunlar?. Aha gəldim dananın quyruğunun qopduğu yerə. Elə isə hazır olun. Fransa səfər oyununda Rumıniyanı hər nə cür olsa məğlub edər. Və 2.40 əmsalı gətirər. Nəzərə alsaq ki, Fransada Riberi və Vyera yenidən millidədi. Rumın iyada isə iki əsas oyunçu-Mutu və Nikulae bu oyunda formalarını tərlədə bilməyəcək.8-ci qrupda Bolqar səfərindən İtaliya 3 xalla qayıdaraq 1.90 əmsalı tutduracaq.Sonuncu qrupda isə iki gözəl oyun var. Şotlandiya düz 30 ildir evdə yenə bilmədiyi Norveçi çətin də olsa yenərək 2.05 əmsalını gətirər.. Hollandiya-İslandiya matçında isə çoxlu qol gözləyirəm. C, Amerika seçmələrindəArgentina evdə uruq vayı asanlıqla məğlub edər. Seçmə mərhələnin lideri Paraqvay Kolumbiya səfərin dən azından bir xalla da olsa qayıdar. Yəni paraqvayın cüt şansı 10 bizə 1.53 qazandırır.Mərkəzi Amerika seçmələrində isə Honduras evdə kanadanı məğlub edəcək.
Bazar Ertəsi -ilk yazı
Yazılarıma bütün oxuyucuları salamlamaqla başlamaq istəyirəm. İlk növbədə təbii ki, mənə bu imkanı yaradan, ataya dərin təşəkkürümü bildirirəm. - Mercy.. İlk yazımın bu günə təsadüf etməsi deməkdir ki kuponumuzda elə də çox oyun olmayacaq. Nə edək? :)
bazar günü
Dünənki 1-ci kuponumda Latsio və Bavariya fiakosunun yəqin ki, hamı şahidi oldu. Həftənin sürprizləri demək olar. Hələ Bavariyanın 2 dəqiqəyə 2 qol buraxaraq 3-1 olan heasbı son 5 dəqiqəyə qədər qoruya bilməməsini heç vaxt bağışlamaq olmaz. Klinsman bir an öncə bu komandanı batırmadan getsə yaxşı olar. Keçim bugünkü kuponlara. Bugün birinci kuponumda 5 oyun yer alacaq. Hələ premyer liqada qələbə üzü görməyən Tottenhem debutant amma yaxşı çıxış edən Hall Sitini evdə çətin də olsa məğlub edərək 1.72-lik əmsalı gətrəcək. Almaniya bundesliqasında isə Şalke keçən turun Köln məğlubiyyətinin heyifini 3 oyundur yenə bilmədiyi Volfsburqdan çıxacaq. Xatırladım ki, Volfsburqun vuran ayağı Qrafite bu matçda forma geyməyəcək. Argentina aperturada isə Boka Xuniors 5 turdur qalib gələ bilmir və bunu da zəif çıxış edən Estudiantes önündə evdə qazanacaq. Bir də Romanın qələbəsini və Nak Bredanın 2.5 qol üstünü seçsəm kuponumda yer alan əmsallar belə olar. Tottenhem-Hall 2-1.72 Şalke-Volfsburq 2-1.80 Boka X-Estudiantes 2-1.53 Volendam-Nak Breda yux(2.5)-1.50 Syena-Roma 0-2.00 Cəmi=14.21 Digər kuponum Vest Hem-Bolton 2-1.80 Deportivo-Numansiya 2-1.70 Enerji-Hamburq 0-2.00 Kyevo-Fiorentina 0-2.35 Vikinq -Tromso 0-3.30 Start-Sannes yux(2.5) -1.40 Xİmki-ÇSKA 0-1.55 Renn-Lion 0-2.05 cəmi=211.1(!)
Bu həftə
Bayramdan sonra sizlərlə yenidən birlikdəyik. Bu arada Bayram tətilinə düşən ÇL və UEFA kuboku oyunlarına olan təxminlərimi bildirmədiyimə görə çox təəssüflənirəm. Aramıza bir də Mephistopheles qatıldı. Onun da proqnozlarının sizlərə yardım edəcəyinə çox inanıram. Beləliklə ilk olaraq gələk bugünün oyunlarına.Əsas kuponuda demək olar ki, az riskli oyunlar yer alır. İki turdur Fransada qələbə üzü görməyən Marsel, Atletiko Madrid ilə oynadığı ÇL matçının acığını evdə Kandan çıxacaq.Dalabadal üç rəsmi matçda qələbə üzünə həsrət qalan Münhen Bavariyası da evdə Bohum qarşısında mütləq favoritdir. İntersə evdə Bolonyanı çətinlik çəkmədən məğlub edər. A seriyasını gözəl futbol oynayan lideri Latsio da evdə Leççeni məğlub edər. Digər proqnozlarımı da yuxarıda yazdığım oyunlara qasam birinci kuponum belə olar:
Barselona-Atletiko Madrid 2-1.62
Latsio-Leççe 2-1.45
İnter-Bolonya 2-1.22
Bavariya-Bohum 2-1.25
Hoffenhaym-Ayntraxt 2-1.73(Ayntraxt 7 oyunçusuz çıxacaq bu matça)
Dinamo moskva-Saturn 2-1.65
Stabek-Ham Kam yux(2.5)-1.40
Cəmi=22.1
2ci kuponda aşağıdakı oyunlar yer alacaq
PSV-De Qrafsxap 2.1.17
Boluspor-Karabükspor 2-1.75
Ştuttqart-Verder Bremen yux(2.5)-1.50
Harts-Kilmarnok 2-1.83
Tenerife-Alikante 2-1.80
Hönefoss-Odd Qrenland yux(2.5)-1.40
Sassuolo-Trevizo 2-1.61
İpatinqa-San Paulo 0-2.20
Cəmi=50.1
Bu həftə
İtalia A seriyasından 3 oyun seçdim. eyni Barselonanın günündə olan Şevçenkolu,Ronaldinyolu,kakalı Milan yarış cədvəlinin lideri Latsionu evdə məğlub edərək ilk xallarını qazanacaq. Bu sezon həm Avropada həm də Öz çempionatlarında gözəl oyun göstərən Fiorentina Bolonyanı doğma şəhərdə məğlub edərək 6-cı xalına qovuşacaq. Sampdoriya da həftəiçi Uefa Kubokunda Kaunaas qarşısında aldığı 5-0*lıq qələbənin təsadüfi olmadığını göstərmək üçün evdə Kyevo ilə qarşılaşmada 3 xala əsas namizəddir.Fransa Liqa1-də 4 oyuna 11 qol vuraraq nə qədər çox qol vuran komanda olduğunu Marsel, Monako qarşısında sübut etməlidir. bu oyunda 2.5 qol üstü yaxşı əmsal verir:1.95. Türkiyə Superliqasında isə Qalatasaray səfərdə Kocaelisporu məğlub edərək qələbəsiz keçən son iki turun heyfini çıxar. Beləliklə bir yerə toplasaq: Sportinq-Barselona 0-1.70 Fiorentina-Bolonya 2-1.50 Milan-latsio 2-1.75 Sampdoriya-Kyevo 2-1.61 Marsel-Monako yux(2.5)- 1.95 Kocaeli-Qalatasaray 0-1.57 cəmi=21.99 Digər kuponumda sürpriz nəticələrə rast gələ biləcəyimiz matçlara yer verdim. Əlbəttə ki bunları hər dəfə tutmaq mümkün deyil Amma tutanda ləzzəti ayrı olur. İlk matç Çelsi-Mançester Y olacaq. Keçən həftə Liverpula məğlub olan mankunianlarada Ronaldonun qayıdışı hər kəsi sevindirdi Mançesterdə. Amma sezona fırtına kimi başlayan Çelsi də çox güclü heyət yığaraq yarış cədvəlində Liverpulla birgə liderlərdir. lakin Çelsinin iki həftə dalbadal iki mançester təmsilçisini yenəcəyi və Mançester yunaytedin də iki həftə dalbadal yeniləcəyi inandırıcı görünmür. Ona görə də bu oyun da ilk seçim nə qədər riskli olsa bərabərlikdir. Əmsalı isə 3.10...Digər oyun İspaniyada yer alan Numansiya-Vilyarrealdır. Numansiya ilk iki həftədə əvvəlcə barselona ilə sonra da Real Madrid kimi əsas favoritlərlə görüşdü. heç kəs təbii ki bu komandadan ilk iki həftədə 3 xal və Bernabeuda Kral klubuna 3 qol vurmaq gözləmirdi. rəqib Vilyarreal isə Həftəiçi çempionlar Liqası oyununn yorğunluğu ilə bahəm Nihat,Pires və Anhelsiz oyunun gətirdiyi çətinliyi yaşayacaq. Ona görə də Numansiyaya 21 cüt şans gözəl əmsal verir.1.57. Digər aşağıdakı yazacağım oyunlara isə əlavə şərhə ehtiyac duymuram. Çelsi-Mançester Y 1-3.10 Numansiya-Vilyarreal 21-1.57 Zenit-CSKA yux(2.5)-1.90 feyenoord-Ayaks 21-1.45 Çernomorets-Dinamo Kiyev 0-1.42 Frayburq-vehen yux(2.5)-1.60 Man.Siti-Portsmut 2-1.70 cəmi=51.7 P.S. gələn həftəiçi İspaniya və italiya çempionatlarının təxminlərini oyunlardan bir gün qabaq yazacam.
Bugün oturub dünənki kuponlarımın cavablarını gözləyəcəm. Keçən bir gündə bloqumuza bir baxış və bir şərh olub ki o da Çelsi-mançester oyunu barədə şərh gözləyir. Keçim bugünün yazılarına yəni sabahın kuponlarına. İspaniya primerosunda Barselona səfərdə Sportinqi məğlub edərək ilk iki turda itirilmiş 5 xalın hesabını debutantdan tələb edəcək.
Bu həftə
Bloqumuzun ilk yazısı. Bəli sabah 20 sentyabr və Avropa ölkələrində çempionat oyunlarının növbəti turları start götürəcək. yaxşı bir kuponum var. İspaniyada sezona fırtına kimi başlayan və Heytinqa və Uyfaluji kimi müasir futbolun ən qarantiyalı stopperlərini heyətinə qatan Atletiko Madrid Rekreativo önündə mütləq favoritdir. İngiltərədən iki oyun seçdim. Liverpul evdə Stok sitini çətinlikçəkmədən məğlub edər. və bu vaxta kimi 1 qol buraxmış Arsenal isə Boltonu səfərdə də olsa yenər. Seriya A*da isə Tottinin qayıdışı ilə Roma Recinanı yenərək sezona pis başlanğıcının təsadüfi olduğunu sübut edəcək. Almaniyada bu həftə Bavariya-Verder derbisi var. Rəqib nə qədər dişli olsa da Allians Arenada qələbəyə yaxın olan tərəf münhenlilərdir. günün digər qarantiyalı hesabı Şalke-Ayntraxt oyununda Gelzenkirhenlilərin qələbəsidir. Və Türkiyə superliqasında gözəl biroyun seçdim. Gözəgəlimli futbol oynayan Ankaragücü əvvəlki turlarda yaxşı nəticələr əldə etməsə də bunun əvəzini İStanbul Bələdiyyəsporla oyunda çıxar. Beləliklə kuponum:
Atletiko-Rekreativo 2-1.50
Liverpul-Stok 2-1.22
Bolton-Arsenal 0-1.65
Roma-recina 2-1.30
Bavariya-Verder 2-1.75
Şalke-Ayntraxt 2-1.35
Ankaragücü-İBB 2-1.80
cəmi=16.69
Digər kuponlarımda yüksək əmsallar yer alan matçlar olacaq
Espanyol-Xetafe 2-2.10
Tuluza-Soşo 2-2.10
Əskişəhərspor-Sivasspor 0-2.10
Alkmaar-PSV 0-2.00
cəmi=18.52
Hələlik bu qədər. ayın 21-nəolan kuponlarımı sabah gözləyin.


